...

Kataloniya İspaniya ilə dialoqa hazırdır

Dünya xəbərləri Materials 16 Oktyabr 2017 11:15 (UTC +04:00)
Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya məktub ünvanlayıb.
Kataloniya İspaniya ilə dialoqa hazırdır

Bakı. Trend:

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda İspaniyadan Kataloniyaya qarşı təzyiqləri dayandırmaq tələb olunur.

Həmçinin İspaniya və Kataloniya liderlərinin qarşıdakı iki ay ərzində dialoqa başlamasının zəruriliyi vurğulanlır.

Kataloniya polis rəisi barəsində istintaqın da dayandırılmasını istəyən K.Puçdemon vilayətin müstəqilliyi ilə bağlı fikir bildirməyib.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti