...

Kataloniyadan İspaniyaya təhdid: Yoxsa müstəqilliyimizi elan edərik

Dünya xəbərləri Materials 19 Oktyabr 2017 12:31 (UTC +04:00)
Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib.
Kataloniyadan İspaniyaya təhdid: Yoxsa müstəqilliyimizi elan edərik

Bakı. Trend:

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib.

Trend-in məlumatına görə, məktubda K.Puçdemon İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.

Məsələ ilə bağlı İspaniya hökumətinin təcili iclasının keçiriləcəyi deyilir.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti