...

Rəsmi Madrid Kataloniyada erkən seçkilər keçirəcək

Dünya xəbərləri Materials 20 Oktyabr 2017 13:48 (UTC +04:00)
İspaniyanın müxalif Sosialist partiyası və İspaniya hökuməti Kataloniyada erkən regional seçkilərin keçirilməsi barədə razılıq əldə edib.
Rəsmi Madrid Kataloniyada erkən seçkilər keçirəcək

Bakı. Trend:

İspaniyanın müxalif Sosialist partiyası və İspaniya hökuməti Kataloniyada erkən regional seçkilərin keçirilməsi barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, seçkilərin 2018-cu ilin yanvarında keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, oktyabrın 21-də İspaniya Nazirlər Kabinetinin növbədənkənar iclası keçiriləcək. Bu iclasda Kataloniyanın muxtariyyətinin dayandırılması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti