Bakı. Trend:
İndoneziyanın Babar adasının sahillərində 5,3 ba gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tual (İndoneziya) şəhərindən 427 kilometr cənub-qərbdə, ocağı isə 55 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.