...

Kataloniya parlamenti oktyabrın 26-da qərar verə bilər - Müstəqilliklə bağlı

Dünya xəbərləri Materials 23 Oktyabr 2017 13:46 (UTC +04:00)
Kataloniya parlamenti oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyini elan edə bilər.
Kataloniya parlamenti oktyabrın 26-da qərar verə bilər - Müstəqilliklə bağlı

Bakı. Trend:

Kataloniya parlamenti oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyini elan edə bilər.

Trend-in məlumatına görə, Kataloniya rəhbəri Karles Puçdemont Madridin bir neçə gün əvvəl Kataloniya ilə bağlı qərarını “demokratiyaya hücum” adlandırıb.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Oktyabrın 21-də isə İspaniya hökumətinin fövqəladə iclasında Kataloniyanın muxtariyyətinin dayandırılması və regional parlamentə növbədənkənar seçkilərin keçirilməsi qərarı qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti