Bakı. Trend:
İspaniya Senatı Kataloniya muxtariyyətinin birbaşa Madriddən idarə olunmasına səs verib.
Trend-in məlumatına görə, parlamentin Yuxarı Palatası İspaniya konstitusiyasının regionların muxtariyyətinin ləğv olunmasını nəzərdə tutan 155-ci maddəsinin tətbiq olunmasını təklif edib.
Qeyd edək ki, bir müddət əvvəl Kataloniya muxtariyyətinin parlamenti bölgənin müstəqilliyinə səs vermişdi.