...

Sorğu: Amerikalıların yarısından çoxu Trampın işindən narazıdır

Dünya xəbərləri Materials 29 Oktyabr 2017 23:45 (UTC +04:00)
ABŞ vətəndaşlarının 58 faizi Donadl Trampın prezident vəzifəsində gördüyü işlərdən narazıdır
Sorğu: Amerikalıların yarısından çoxu Trampın işindən narazıdır

Bakı. Trend:

ABŞ vətəndaşlarının 58 faizi Donadl Trampın prezident vəzifəsində gördüyü işlərdən narazıdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "The Wall Street Journal" qəzeti və "NBC" telekanalının birgə keçirdiyi sorğunun nəticələri göstərir.

Nəticələrə əsasən, Trampın prezident postunda gördüyü işlərdən 38 faiz vətəndaş razıdır.

Sorğu iştirakcılarının ən çoxu Trampın keçirdiyi səhiyyə islahatlarından və Puerto-Rikoda qasırğanın nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlərdən narazıdır.

Qeyd edək ki, sorğu oktyabrın 23-dən 26-na qədər keçirilib. Sorğuda 900 ABŞ vətəndaşı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti