...

Kataloniyanın sabiq başçısı Belçikada polislərə təslim olub

Dünya xəbərləri Materials 5 Noyabr 2017 17:22 (UTC +04:00)
Belçikada artıq bir həftə olan Kataloniyanın sabiq başçısı Karles Puçdemon və onun dörd tərəfdaşı yerli polisə təslim olublar.
Kataloniyanın sabiq başçısı Belçikada polislərə təslim olub

Bakı. Trend:

Belçikada artıq bir həftə olan Kataloniyanın sabiq başçısı Karles Puçdemon və onun dörd tərəfdaşı yerli polisə təslim olublar. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Bu məlumatı Brussel prokurorluğu təsdiq edib: "Bu gün səhər İspaniyada axtarışda olan beş nəfər nəzarət altına alınıb".

Qeyd olunub ki, məhkəmə Puçdemonun həbsi barədə 24 saat ərzində qərar qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti