...

Moskvada idman kompleksi təxliyə olunur - Bomba var?

Dünya xəbərləri Materials 7 Noyabr 2017 12:59 (UTC +04:00)
Moskvada anonim zəngdən sonra “Olimpiyski” idman kompleksi təxliyə olunur
Moskvada idman kompleksi təxliyə olunur - Bomba var?

Bakı. Trend:

Moskvada anonim zəngdən sonra “Olimpiyski” idman kompleksi təxliyə olunur.

Trend-in məlumatına görə, binadan 2000-ə yaxın adam çıxarılıb.

Hazırda kompleksin ətrafı nəzarətə götürülüb, obyektdə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarışlar aparılır.

Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb.

Bugünədək ölkənin 170 şəhərində 1 milyondan çox təxliyə olunub. Zənglərin heç biri öz təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti