...

İspaniya Ali Məhkəməsi Kataloniya parlamentinin spikerini həbs etdi

Dünya xəbərləri Materials 10 Noyabr 2017 05:02 (UTC +04:00)
İspaniya Ali Məhkəməsinin hakimi Kataloniya parlamentinin spikeri Karme Forkadeli müstəqilliyin elan edilməsi ilə əlaqədar 150 min avro girov müqabilində azad etmək şərti ilə məhkəmə istintaqı müddətində həbs etmək qərarına gəlib.
İspaniya Ali Məhkəməsi Kataloniya parlamentinin spikerini həbs etdi

Bakı. Trend:

İspaniya Ali Məhkəməsinin hakimi Kataloniya parlamentinin spikeri Karme Forkadeli müstəqilliyin elan edilməsi ilə əlaqədar 150 min avro girov müqabilində azad etmək şərti ilə məhkəmə istintaqı müddətində həbs etmək qərarına gəlib.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu haqda məhkəmə qətnaməsinin mətnində deyilir.

Girov məbləğinin ödəniləcəyi halda Forkadel və digər dörd keçmiş millət vəkili hər həftə məhkəməyə gəlməli olacaqlar, onların pasportları müsadirə olunacaq, onlar İspaniya ərazisini tərk edə bilməyəcəklər.

Daha əvvəl prokurorluq, Forkadel və daha üç nəfər keçmiş prezidium üzvləri üçün həbs və ya 6,2 milyon avro məbləğində girov tələb edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti