...

Son 17 il ərzində Aralıq dənizi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 min miqrant ölüb

Dünya xəbərləri Materials 25 Noyabr 2017 07:12 (UTC +04:00)
2000-2017-ci illər ərazində Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 761 nəfər həlak olub
Son 17 il ərzində Aralıq dənizi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 min miqrant ölüb

Bakı. Trend:

2000-2017-ci illər ərazində Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 761 nəfər həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilir.

Qeyd olunur ki, hesabat tapılan cəsədlərin və şahidlərin ifadələri əsasında tərtib olunub. Təşkilat Aralıq dənizi marşrutunu "dünyada ən ölümsaçan" adlandırıb və qeyd edib ki, həlak olanların real sayı daha çox ola bilər.

Təşkilatın məlumatına əsasən, 1970-ci ildən bu günə qədər qeyri-qanuni yol ilə Aralıq dənizindən 2,5 milyon insan keçib.

Xəbər lenti

Xəbər lenti