...

Türkiyə Prezidentinin Yunanıstana səfər tarixi açıqlanıb

Dünya xəbərləri Materials 4 Dekabr 2017 09:44 (UTC +04:00)
Görüşlər zamanı iki ölkə arasında əsasən iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.
Türkiyə Prezidentinin Yunanıstana səfər tarixi açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-8-də Yunanıstanda səfərdə olacaq.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasına istinadən məlumat verir.

Səfər çərçivəsində Türkiyənin dövlət başçısı Yunanıstanın rəsmi şəxsləri ilə bir sıra mühüm görüşlər keçirəcək. Görüşlər zamanı iki ölkə arasında əsasən iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, son 65 il ərzində Türkiyədən Yunanıstana belə yüksək səviyyəli səfər həyata keçirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti