İlk xəbər saat 12:11-də yayılıb
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Ağrı vilayətində dəm qazından zəhərlənənlərin sayı 51 nəfərə çatıb.
Trend-in məlumatına görə, onlardan 45-i islah-əmək müəssisəsində xidmət edən hərbçi, 6-sə isə müəssisənin işçisidir.
Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.
X X X
Türkiyənin Ağrı vilayətində dəm qazından kütləvi zəhərlənmə qeydə alınıb.
Trend-in məlumatına görə, zəhərlənmə nəticəsində islah-əmək müəssisəsinin 18 işçisi xəstəxanaya yerləşdirilib.
Hazırda 2 işçinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.