...

İslam Əməkdaşlıq Təşkilatı BMT-nin Qüdslə bağlı qərarını alqışlayır

Dünya xəbərləri Materials 22 Dekabr 2017 13:59 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qərarını alqışlayır.
İslam Əməkdaşlıq Təşkilatı BMT-nin Qüdslə bağlı qərarını alqışlayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qərarını alqışlayır.

Trend-in məlumatına görə, İƏT-in bəyanatında BMT Baş Assambleyasında Qüdslə bağlı səsvermənin tarixi olduğu və əksər dövlətlərin Qüdsü Fələstinin bir hissəsi kimi tanıdığını bir daha sübut etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib. Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti