Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Qaziantep vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə olub.
Trend-in məlumatına görə, 70 hərbçi xəstəxanaya yerləşdirilib.
Onların qidadan zəhərləndiyi bildirilir. Hərbçilərin vəziyyəti barədə hələ məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, iyun ayında Manisa vilayətində 70-dən çox hərbçi qidadan zəhərlənmişdi.