...

Rusiyada zəhərlənənlərin sayı 112-yə çatıb

Dünya xəbərləri Materials 15 Yanvar 2018 10:09 (UTC +04:00)
Kafedə sanitar-epidemioloji tələblərin ciddi şəkildə pozulması halları qeydə alınıb.
Rusiyada zəhərlənənlərin sayı 112-yə çatıb

Bakı. Trend:

Rusiyanın Ulan-Ude şəhərindəki kafelərin birində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin sayı 112 nəfərə çatıb.

Trend-in məlumatına görə, onlardan 70-i xəstəxanaya yerləşdirilib.

Yanvarın 8-dən 11-dək "Şulen Do" kafesinə gələnlərin əksəriyyəti zəhərlənib. İaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.

Prokurorluqdan bildirilib ki, kafedə sanitar-epidemioloji tələblərin ciddi şəkildə pozulması halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti