...

Rusiya ABŞ-ın Şimali Koreyaya qarşı birtərəfli sanksiyalarını yerinə yetirməyəcək

Dünya xəbərləri Materials 27 Yanvar 2018 04:15 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyası ABŞ-ın Şimali Koreyaya qarşı birtərəfli sanksiyalarını tanımır və Vaşinqtonun sanksiyalara düşən Şimali Koreya vətəndaşlarını Rusiya ərazisindən göndərmək çağırışını yerinə yetirməyəcək.

Trend-in "İnterfaksa" istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN rəhbərinin müavini İqor Morqulov bildirib.

İ.Morqulov bildirib: "Biz yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaları yerinə yetirəcəyik. Biz ABŞ-ın birtərəfli sanksiyalarını tanımırıq və bizim onları yerinə yetirmək üçün heç bir beynəlxalq öhdəliyimiz yoxdur".

Qeyd edək ki, yanvar ayının 24-ü ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndirib. Siyahıya Şimali Koreya vətəndaşı olan 16 fiziki şəxs əlavə olunub.

Xəbər lenti

Xəbər lenti