...

Türkiyəyə Suriyadan atəş açılıb - Ölən var

Dünya xəbərləri Materials 31 Yanvar 2018 12:11 (UTC +04:00)
Türkiyənin Hatay vilayəti Suriya ərazisindən atəşə tutulub.
Türkiyəyə Suriyadan atəş açılıb - Ölən var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Hatay vilayəti Suriya ərazisindən atəşə tutulub.

Trend-in məlumatına görə, YPG və PYD terrorçularının nəzarəti altında olan ərazilərdən buraxılan mərmi yaşayış evinə düşüb.

Hadisə nəticəsində bir nəfər həlak olub.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti