Bakı. Trend:
İraqın Mosul şəhərinin əhalisi yenidən öz evlərini tərk etməyə başlayıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik deyib.
Onun sözlərinə görə, sakinlər qaçqın düşərgələrində məskunlaşmağa üstünlük verir.
“Mosulun İŞİD-dən azad edilməsindən 8 ay sonra insanlar şəhəri yenidən tərk etməyə başlayıb”,-deyə Düjarik bildirib.
BMT nümayəndəsi bildirib ki, ilin əvvəlindən başlayaraq İraq Kürdüstanının ərazisindəki düşərgələrə 2900-ə yaxın Mosul sakini gəlib.