...

Tibetdə 4,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 2 Mart 2018 00:25 (UTC +04:00)

Bakı. Trend:

Çinin Tibet muxtar rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 01:27-də qeydə alınıb. Yeraltı təkanların episentri Şiqadze dairəsində, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti