Bakı. Trend:
Papua - Yeni Qvineyada 6,0 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ saat 14:33-də (GMT) qeydə alınıb. Yeraltı təkanların episentri Porgera şəhərindən 75 kilometr cənub-qərbdə, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.