Bakı. Trend:
Papua-Yeni Qvineyada 6,0 bal gücündə zəlzələ baş verib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Porqera şəhərindən 83 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.