Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində qrip və digər kəskin respirator xəstəliklərin geniş yayılması ilə əlaqədar 9 məktəbin 20 sinfində dərslər dayandırılıb.
Trend-in məlumatına görə, ölkənin səhiyyə idarəsi dərslərin 7 gün müddətinə dayandırılması barədə məlumat yayıb.
Bununla belə Sankt-Peterburq şəhər rəhbərliyi hazırda yoluxmaların epidemik səviyyədə olmadığını bəyan edib.
Qeyd edək ki, bundan öncə yenə bu şəhərdə ümumilikdə 18 məktəbdə və 10 bağçada dərslər yeddi gün müddətinə dayandırılmışdı.