...

Karles Puçdemon Almaniyada saxlanılıb

Dünya xəbərləri Materials 25 Mart 2018 15:50 (UTC +04:00)
Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Almaniya polisi tərəfindən ölkə sərhəddində saxlanılıb
Karles Puçdemon Almaniyada saxlanılıb

Bakı. Trend:

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Almaniya polisi tərəfindən ölkə sərhəddində saxlanılıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə siyasətçinin vəkili Jaume Alonso Kuevilyas Twitter-də məlumat dərc edib.

Onun sözlərinə görə, Puçdemon Belçikadan Finlandiyaya gedərkən Almaniyanın Danimarka ilə sərhəddində saxlanılıb.

Məlumata əsasən, hal-hazırda o polis məntəqəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti