...

Kemerovoda baş verən yanğın nəticəsində ölənlərin sayı 48-ə çatıb (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 26 Mart 2018 08:14 (UTC +04:00)
Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb
Kemerovoda baş verən yanğın nəticəsində ölənlərin sayı 48-ə çatıb (YENİLƏNİB-5)

Bakı. Trend:

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Trend bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

XXX

01:08

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Trend-in "İnterfaksa"a istinadən verdiyi məlumata görə, binada 29-30 nəfər qalır, onların sağ qalmaq ehtimalı çox aşağıdır.

XXX

00:13

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Fövqəladə Halların hadisə yerindəki operativ qərargahından bildiriblər.

XXX

23:59

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend-in "İnterfaksa"a istinadən verdiyi məlumata görə, hazırda xəstəxanalarda 37 yaralı müalicə alır.

XXX

23:19

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 30-dan artıq insana tibbi yardım tələb olunub, onlardan 20-si hələdə xəstəxanalarda qalır.

Bildirilir ki, yaralılardan 2-nin vəziyyəti ağırdır, biri isə reanimasiyadadır.

XXX

22:41

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzi yanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. 13 nəfərin itkin düşdüyü bildirilir.

Yanğının söndürülməsinə 230-dan artıq canlı qüvvə və 50 texnika cəlb edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti