...

Türkiyədə sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub: 20 yaralı

Dünya xəbərləri Materials 26 Mart 2018 03:39 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Manisa şəhərində sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Türkiyənin polis idarəsinin hesabatına əsasən, fevral ayında ölkə ərazisində 60800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 343 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti