...

Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib

Dünya xəbərləri Materials 7 Aprel 2018 22:18 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib
Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib.

Trend-in məlumatına görə, Ərdoğan Fransa prezidentinin PYD nümayəndə heyəti ilə görüşünü xatırladaraq bildirib: "Siz terrorçulara dəstək verirsiz və sonra onları Yelisey Sarayında qəbul edirsiz. Almaniyada olanları görürsünüz? Bunlar Fransanıda gözləyə bilər. Qərb nə qədər çox terrorçuları dəstəkləyəcəksə, bu ölkələrdə terror fəaliyyətinin nəticələri o qədər böyük olacaq".

Ərdoğanın sözlərinə görə, son məlumatlara əsasən, Suriyanın Afrin bölgəsində 4 min terrorçu zərərsizləşdirilib: "Bu rəqəmə Türkiyənin daxilində və İraqın şimalında zərərsizləşdirilən terrorçuları əlavə etsək, göstəriri 4200-4300-ə çatacaq".

Xəbər lenti

Xəbər lenti