...

Türkiyədə fövqəladə vəziyyət uzadıldı

Dünya xəbərləri Materials 17 Aprel 2018 22:16 (UTC +04:00)
Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib
Türkiyədə fövqəladə vəziyyət uzadıldı

Bakı. Trend:

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri baş nazirin müavini Bəkir Bozdağın bəyanatına istinadla məlumat yayıb.

Daha öncə prezident Rəcəb Tayyip Ərdoğanın sədrliyilə baş tutan Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib. Daha sonra hökumətin iclası keçirilib.

Sabah isə parlamentdə qərarın təstiqlənməsinə dair səsvermənin keçiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti