Bakı. Trend:
Ötən gün İndoneziyada baş verən zəlzələ nəticəsində 2 nəfər həlak olub, azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə təbii fəlakətlərin qarşısının alınması üzrə milli Agentliyin məlumatında deyilir.
4,4 bal gücündə olan zəlzələ yüzlərlə ev, məktəb, məscidin dağılmasına səbəb olub. İki mindən artıq insan xüsusi mərkəzlərə keçməli olub.
Qeyd edək ki, 4,4 bal gücündə olan zəlzələ ötən gün yerli vaxtla saat 13:30-da Mərkəzi Yava əyalətinin Bancarneqara şəhəri yaxınlığında baş verib.