...

Nigeriyada teraktlar nəticəsində həlak olanların sayı 86-ya çatıb

Dünya xəbərləri Materials 2 May 2018 03:41 (UTC +04:00)
Nigeriyanın Mubi şəhərində törədilən iki partlayış 86 insanın ölümünə səbəb olub.
Nigeriyada teraktlar nəticəsində həlak olanların sayı 86-ya çatıb

Bakı. Trend:

Nigeriyanın Mubi şəhərində törədilən iki partlayış 86 insanın ölümünə səbəb olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, terrorçu-intiharçı partlayıcı qurğunun məscid yaxınlığında ibadət bitdikdən sonra işə salıb. İkinci partlayış isə məscidə yaxın yerləşən ticarət mərkəzində baş verib.

Qeyd olunur ki, noyabr ayının sonunda sözü gedən şəhərdə terror aktı nəticəsində ən azı 50 nəfər həlak olmuşdur.

Hücum "Boko Haram" terror təşkilatı tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti