Bakı. Trend:
İndoneziyada 3 kilsəyə hücumu bir ailənin üzvləri edib.
Trend-in məlumatına görə, polis rəisi Tito Karnaviananın sözlərinə əsasən, ailə "JAD" terror qruplaşmasının üzvü olub. Onlar İndoneziyaya yaxınlarda Suriyadan qayıdmışdılar.
Məlumata əsasən, ailənin atası partlayıcı qurğu ilə avtomobildə kilsənin həyətinə daxil olub, onun 16 və 18 yaşlı oğulları motosikletlərdə digər kilsəyə partlayıcı qurğu ilə daxil olublar, ana isə 9 və 12 yaşlı qızları ilə birlikdə digər kilsədə özlərini partladıblar.
Qeyd edək ki, İndoneziyanın Yava adasında 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.