Bakı. Trend:
İranın İslam İnqilabı Keşikçiləri Korpusu iki terror təşkilatının üzvlərini saxlayıb.
Trend-in məlumatına görə, bunu Korpusun Tehran bölməsinin komandiri Məhəmməd Rza Yəzdi deyib.
Onun sözlərinə görə, həmin şəxslər iyunun əvvəlində İslam inqilabının rəhbəri Xomeyninin ölümü ildönümü ilə əlaqədar tədbirlər zamanı təxribatlar hazırlayıbmışlar.
Saxlanan terrorçuların şəxsiyyəti və sayı açıqlanmayıb.