...

Yaponiyada avtomobil supermarketə çırpılıb, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 10 İyun 2018 19:20 (UTC +04:00)
Yaponiyanın Sibukava şəhərində avtomobil supermarketə çırpılıb
Yaponiyada avtomobil supermarketə çırpılıb, çox sayda xəsarət alan var

Bakı. Trend:

Yaponiyanın Sibukava şəhərində avtomobil supermarketə çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb, bir nəfər isə huşsuz vəziyyətdədir.

Yerli polisin məlumatına əsasən, insident yerli vaxtla təxminən saat 16:00-da baş verib. Avtomobili 55 yaşlı kişinin idarə etdiyi bildirilir.

Xəsarət alanların 9-nun vəziyyəti ağır, 5-nin isə orta ağır kimi dəyərləndirilir.

İnsidentin səbəbi araşdırılır. Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti