Bakı. Trend:
Meksikada Miçoakan ştatının Taretan bələdiyyəsinin başçısı vəzifəsinə namizəd naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib.
Trend-in məlumatına görə, bunu "Tvitter" sosial şəbəkəsində ştatın qubernatru Silvano Aureoles yazıb.
Qubernator bildirib: "Taretanın meri vəzifəsinə namizəd Alexandro Çaves Savalanın ona hücum ediləndən sonra tibbi yardım yardım göstərildiyi vaxtı ölməsi ilə əlaqədar çox təəssüflənirəm. Doğmaları və yaxınlarına baş sağlığı verirəm".
İlkin məlumata əsasən, Çavesə seçkiqabağı tədbir zamanı yaxınlıqda keçən avtomobildən atəş açılıb.