...

Vulkan püskürdü, bəxtəvər oldular - Havaya qiymətli daşlar dağılıb

Dünya xəbərləri Materials 15 İyun 2018 10:31 (UTC +04:00)
Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində qiymətli daşlar göyə sovrulub.
Vulkan püskürdü, bəxtəvər oldular - Havaya qiymətli daşlar dağılıb

Bakı. Trend:

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində qiymətli daşlar göyə sovrulub.

Trend-in məlumatına görə, vulkan püskürməsi nəticəsində adanın küçələrinə "olivin" adlı qiymətli daşlar səpələnib.

Bildirilir ki, yaşıl rəngli xırda qiymətli daşlar vulkan püskürdükcə hələ səpələnməkdə davam edəcək.

Havay adalarında Kilauea vulkanı artıq beş həftədir ki, püskürməkdə davam edir.

Qeyd edək ki, yüksək keyfiyyətli "olivin"in bir karatının qiyməti 450 dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti