...

Səudiyyə Ərəbistanı Həccin qapısını suriyalıların üzünə bağladı

Dünya xəbərləri Materials 22 İyun 2018 13:41 (UTC +04:00)
Səudiyyə Ərəbistanı yeddinci ildir ki, Suriya vətəndaşlarını Həcc ziyarətinə buraxmır
Səudiyyə Ərəbistanı Həccin qapısını suriyalıların üzünə bağladı

Bakı. Trend:

Səudiyyə Ərəbistanı yeddinci ildir ki, Suriya vətəndaşlarını Həcc ziyarətinə buraxmır.

Trend-in məlumatına görə, bu barədə Suriya Vəqflər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ər-Riyad suriyalı ziyarətçilər qarşısında reallaşdırılması mümkün olmayan şərtlər qoyur.

Nazirlik Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edir.

Qeyd edək ki, 2018-ci ilin Həcc ziyarəti avqustun 19-24-ü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti