...

Cənubi Koreyada iki təyyarə toqquşub

Dünya xəbərləri Materials 26 İyun 2018 07:15 (UTC +04:00)
Cənubi Koreyanın Kimpxo hava limanında iki təyyarə toqquşub
Cənubi Koreyada iki təyyarə toqquşub

Bakı. Trend:

Cənubi Koreyanın Kimpxo hava limanında iki təyyarə toqquşub.

Trend-in məlumatına görə, insident güclü yağış zamanı baş verib. "Air Korean" aviaşirkətinə məxsus təyyarə quyruq hissəsi ilə "Asiana Airlines" aviaşirkətinin təyyarəsinin qanadına dəyib.

Toqquşma səbəbi ilə hava limanında bir neçə reys yubanır. Hadisə zamanı təyyarələrin göyərtisində sərnişin olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti