...

Maykl Ceksonun atası vəfat edib

Dünya xəbərləri Materials 27 İyun 2018 22:05 (UTC +04:00)
Pop musiqinin əfsanəsi Maykl Ceksonun atası Co Cekson Los Angelesdə vəfat edib.
Maykl Ceksonun atası vəfat edib

Bakı. Trend:

Pop musiqinin əfsanəsi Maykl Ceksonun atası Co Cekson Los Angelesdə vəfat edib. Bu haqda Trend TMZ-yə istinadən xəbər verir.

Bu ayın əvvəli prodüser xərçəng xəstəliyinin son mərhələsi ilə xəstəxanaya yerləşdirilib. Mərhum 89 yaşında dünyasını dəyişib.

Nəşrin qeyd etdiyi kimi, Co Ceksonun sağlamlıq problemləri bir neçə il əvvəl başlamışdır. 2015-ci ildə o, üç ürək krizi keçirmiş və 2016-cı ildə də xəstəxanada bir müddət yatmışdır.

Xatırladaq ki, Co Cekson “The Jackson Five” qrupunun musiqi meneceri idi. Sonra isə, solo karyeraya başlamış Maykl və Canet Cekson ilə işlədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti