Bakı. Trend:
Suriyadakı törədilən partlayışlar nəticəsində 200-dən çox ölən var.
Trend-in məlumatına görə, Suriyanın cənubunda Əs-Suveydə əyalətində törədilən partlayışlar nəticəsində azı 215 adam ölüb.
Xatırladaq ki, ilk partlayış Əs-Suveydə əyalətində bazarın ərazisində terrorçu-intiharçı tərəfindən törədilib.
Bir qədər sonra Əl-Musallah şəhərində də güclü partlayış baş verib.