...

"Taliban" qaçırdığı sərnişinləri azad etdi: polis və hərbçilər hələ də girov saxlanılır

Dünya xəbərləri Materials 21 Avqust 2018 11:42 (UTC +04:00)
“Taliban” radikal hərəkatı ötən gün ölkənin şimalında qaçırdığı sərnişinlərin əksəriyyətini azad edib
"Taliban" qaçırdığı sərnişinləri azad etdi: polis və hərbçilər hələ də girov saxlanılır

Bakı. Trend:

“Taliban” radikal hərəkatı ötən gün ölkənin şimalında qaçırdığı sərnişinlərin əksəriyyətini azad edib.

Trend-in məlumatına görə, bu gün 160 sərnişin bir gün girov saxlandıqdan sonra buraxılıb.

Eyni zamanda “Taliban” həmin avtobuslarda 40 polis və hərbçini girov saxlamaqda davam edir.

Xatırladaq ki, ötən gün “Taliban” silahlıları Kunduz əyalətində 3 avtobusu qaçırmışdı. Bu addım ölkə prezidenti Məhəmməd Əşrəf Qaninin Qurban bayramı ilə əlaqədar atəşkəs elan etməsindən sonra atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti