...

Cənubi Koreya ölkəyə yaxınlaşan tayfuna hazırlaşır

Dünya xəbərləri Materials 22 Avqust 2018 08:46 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyada yaxınlaşan güclü tayfun səbəbindən Böhran İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya prezidentinin administrasiyasından bildiriblər.

Koreya dövlət meteorologiya idarəsinin məlumatına əsasən, "Soulik" tayfunu Cənubi Koreyaya avqustun 23-ü çatmalıdır. Tayfun son 6 il ərzində ilk dəfə yarımadanın ərazisində keçəcək.

Qeyd edək ki, daha əvvəl ölkənin prezident Mun Çje İn yaxınlaşan tayfunun qurbanlarının və nəticələrinin minimuma endirmək üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti