...

Braziliya güclü yanğından sonra muzeylərin təhlükəsizliyinə 6 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 10:18 (UTC +04:00)
Braziliya güclü yanğından sonra muzeylərin təhlükəsizliyinə 6 milyon dollar ayıracaq.
Braziliya güclü yanğından sonra muzeylərin təhlükəsizliyinə 6 milyon dollar ayıracaq

Bakı. Trend:

Rio-de-Janeyroda Milli Muzeyin demək olar ki, bütün kolleksiyasının məhv olması ilə nəticələnən güclü yanğından sonra Braziliya hakimiyyəti ölkədə muzeylərin təhlükəsizliyinin təmin olunması, o cümlədən yanğına qarşı tədbirlərin gücləndirilməsi üçün 25 milyon real (6,1 milyon ABŞ dolları) ayırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, müvafiq maliyyə vəsaiti bu ay ərzində ayrılacaq. Gələcəkdə bu proqramda digər maliyyə qurumlarının iştirak edəcəyi istisna olunmur.

Xatırladaq ki, ötən bazar günü axşam saatlarında Rio muzeyində üç saat davam edən güclü yanğın olub. 1818-ci ildə Portuqaliya Kralı VI Juan tərəfindən yaradılan muzeydə 20 milyondan çox eksponat saxlanılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti