...

Maldivdə prezident seçkiləri bitdi - KİM seçildi?

Dünya xəbərləri Materials 24 Sentyabr 2018 10:25 (UTC +04:00)
Maldivdə keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd Mohamed Solih qalib gəlib.
Maldivdə prezident seçkiləri bitdi - KİM seçildi?

Bakı. Trend:

Maldivdə keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd Mohamed Solih qalib gəlib. Trend-in məlumatına görə, seçkilərdə o, seçicilərin səsinin 58,4 faizini toplamaqla, daha öncəki prezidenti qabaqlayıb. Maldivin prezidenti olmuş Abdulla Yəmin isə 41,6 faiz səs toplayıb.

Ümumilikdə səsvermədə 232 mindən çox adamın iştirak etdiyi qeyd edilir.

M.Solih Maldiv Birgə Müxalifət Koalisiyasını (Joint Opposition Coalition of the Maldives) təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti