...

Bu il Rusiyada hipersəsli snayper güllələri istehsal oluna bilər

Dünya xəbərləri Materials 25 Sentyabr 2018 20:50 (UTC +04:00)
Bu il Rusiyada hipersəsli snayper güllələri istehsal oluna bilər
Bu il Rusiyada hipersəsli snayper güllələri istehsal oluna bilər

Bakı. Trend:

Rusiyada hipersəsli snayper güllələri yaxın illər ərzində istehsal oluna bilər.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə "Lobaev Arms" şirkətinin təsisçisi və baş konstruktoru Vladislav Lobayev deyib.

O bu mövzunu diqqətlə öyrəndiklərini bildirib: "Düşünürəm ki, müəyyən dövlət dəstəyi ilə artıq təqribən bir il ərzində başlanğıc uçuş sürəti saniyədə 2 min metr olan snayper gülləsi yaratmaq mümkündür. Bu, artıq hipersəsli deməkdir".

Mütəxəssis belə güllələrin yüksək dəqiqlikli snayper silahlarına lazım olduğunu vurğulayıb: "Bu, yeni uzaqlıq səviyyəsini və sərrast nişanalmanı təmin edəcək".

Qeyd edək ki, əksər müasir snayper tüfənglərinin gülləsinin başlanğıc sürəti saniyədə 1200 metrədək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti