...

Britaniyada məktəb direktorları etiraz edir

Dünya xəbərləri Materials 28 Sentyabr 2018 16:04 (UTC +04:00)
Böyük Britaniyada məktəb direktorlarının etiraz aksiyaları keçirilir
Britaniyada məktəb direktorları etiraz edir

Bakı. Trend:

Böyük Britaniyada məktəb direktorlarının etiraz aksiyaları keçirilir.

Trend-in məlumatına görə, paytaxt Londonda aksiya iştirakçıları Parlament meydanına toplaşıb və buradan baş nazirin iqamətgahına doğru hərəkət edəcəklər.

Bundan başqa, etiraz aksiyaları Liverpul, Blekpul, Sauthempton və digər şəhərlərdə keçirilir.

Direktorlar məktəblərin kifayət qədər maliyyələşdirilməməsi, həddən artıq dolması və ümumi iş şərtləri ilə bağlı etiraz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti