Bakı. Trend:
Ukraynanın Neteşin şəhərində uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.
Trend-in məlumatına görə, uşaq bağçasında bağırsaq infeksiyası qeydə alınıb.
Bildirilir ki, xəstəxanaya 36 nəfər yerləşdirilib. Onlardan 29-u uşaq, 7-si isə böyükdür. Faktla bağlı cinayət işi başlanılıb.