...

İranda zəncirvari qəza – 2 ölü, 7 yaralı

Dünya xəbərləri Materials 10 Noyabr 2018 15:19 (UTC +04:00)
İranın Dəmavənd-Firuzkuh magistralında baş verən zəncirvari avtomobil qəzasında 2 nəfər həlak olub, 7 nəfər yaralanıb.
İranda zəncirvari qəza – 2 ölü, 7 yaralı

Bakı. Elnur Bağışov - Trend:

İranın Dəmavənd-Firuzkuh magistralında baş verən zəncirvari avtomobil qəzasında 2 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

Onun sözlərinə görə, gecə saat 4 radələrində baş verən avtomobil qəzasında 8 avtomobil bir-birinə çırpılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti