Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Parisə səfəri zamanı Böyük Britaniyanın Baş naziri Tereza Meylə telefon söhbəti olub.
Trend-in məlumatına görə, Tramp Meyin zənginə narazılıqla cavab verib.
Söhbət zamanı amerikalı lider Böyük Britaniyanı "İran siyasəti"nə görə tənqid edib.
Telefon söhbəti əsnasında Trampın Meylə "Brexit"lə bağlı sorğu-sual etdiyi də bildirilir.