...

Baş nazir: Növbəti həftə Böyük Britaniya üçün həlledici olacaq

Dünya xəbərləri Materials 18 Noyabr 2018 22:27 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Tereza Mey növbəti həftənin "Brexit" şərtlərinin müəyyən edilməsi üzrə danışıqlarla əlaqədar ölkənin gələcəyi üçün həlledici olacağını bildirib.
Baş nazir: Növbəti həftə Böyük Britaniya üçün həlledici olacaq

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Tereza Mey növbəti həftənin "Brexit" şərtlərinin müəyyən edilməsi üzrə danışıqlarla əlaqədar ölkənin gələcəyi üçün həlledici olacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə o, "Sky News" telekanalına müsahibəsində deyib.

T.Mey bildirib: "Fikrimcə milli maraqlarımızı əks etdirən uyğun bir razılaşmadır və növbəti 7 gün ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli olacaq".

Öz istefası barədə sualı cavablandırarkən Britaniya hakimiyyətinin başçısı deyib ki, hazırki etapda hakimiyyət dəyişikliyi danışıqlar prosesini asanlaşdırmayacaq: "İstefa bir qədər qeyri-müəyyənlik yaradacaq və "Brexit" üzrə danışıqların təxirə salınması və ya ləğv olunması təhlükəsini yarada bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti