...

Gürcüstanda prezident seçkilərində seçici fəallığı 56,23 faiz təşkil edib

Dünya xəbərləri Materials 28 Noyabr 2018 23:00 (UTC +04:00)
Gürcüstanda prezidenti seçkilərinin ikinci turunda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz təşkil edib
Gürcüstanda prezident seçkilərində seçici fəallığı 56,23 faiz təşkil edib

Bakı. Trend:

Gürcüstanda prezidenti seçkilərinin ikinci turunda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze brifinq zamanı bildirib.

A.Mikeladze deyib: "Saat 20:00 üçün olan məlumatlara əsasən, xaricdəki seçicilərin fəalliğı nəzərə alınmadan ölkədə seçici fəallığı 56,23 faiz ( 1 975 845 seçici) təşkil edib".

Xatırladaq ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən, onun rəqibi, Qriqol Vaşadze isə Vahid Milli Hərəkat Partiyası tərəfindən dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti